XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 22:54

“Formula 1”in qalibi:“Tras çox maraqı idi”

formula

“Bakı Qran-Prisi möhtəşəm keçdi, tras çox maraqlı idi.”

Trend-in məlumatına görə, bunu mətbuat konfransında "Formula 1" Avropa Qran-prisinin qalibi "Mercedes" komandasının qalibi Niko Rosberq deyib. Pilot əlavə edib: “Biz insidentlərdən yayınmaq üçün trası çox yaxşı sınaqdan keçirmişdik”. Yarışda İkinci olmuş Sebastyan Fettel (Ferrari) isə bildirib ki, ikinci yer nail ola biləcəkləri optimal nəticədir: “Nəticədən razı ola bilərik”.

Bakıda "Formula 1"in üçüncüsü olmuş Serxio Peres (Force India) isə qeyd edib ki, N.Rosberqə qalib gələ bilməzdi, çünki o çox güclü idi.