XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 00:47

“Taliban” liderlərindən daha biri öldürüldü –8 silahlıyla birgə

taliban-67

Əfqanıstan Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Gündüz əyalətində “Taliban” hərəkatının liderlərindən biri məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili işlər nazirliyi məlumat verib.

“Hava zərbəsi nəticəsində “Taliban”ın 8 silahlısı, o cümlədən hərəkatın liderlərindən biri Kari Əli məhv edilib”, – məlumatda deyilir.

Bildirilir ki, məhv edilənlər Gündüz əyalətində bir çox terror aktlarının təşkilində və həyata keçirilməsində iştirak ediblər.

Müxtəlif hesablamalara görə, 40 mindən 60 minədək silahlının birləşdirən “Taliban” hərəkatı NATO-nun Əfqanıstanda hərbi missiyası başa çatandan sonra fəallaşıb. Bununla əlaqədar, ölkədə vəziyyət gərginləşib.