XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 08:45

Bu gün Peterburqda Azərbaycan və Ermənistan prezidentləriningörüşü başlanır

ilham serj vyana

Bu gün Sankt – Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 3 tərəfli görüşü başlanır.

Görüşün əsas mövzusu Qarabağ münaqişəsi olacaq.

Üç tərəfli görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin özününü Azərbaycan və ermənistanlı həmkarları İlham Əliyev və Serj Serkisiyan ilə də ayrı-ayrılıqda görüşləri olacağı gözlənilir.

Azərbayan prezidenti bu iclas ərəfəsində deyib ki, rəsmi Bakı Rusiya və Ermənistanla müzakirələrin münaqişənin dinc həll yolunu sürətləndirəcəyinə ümid edir.

İlham Əliyev deyib ki, “bu münaqişənin dinc yolla həll olunmasına ümid edirik və bu məqsədə nail olmaq üçün Ermənistan özünün işğalçı siyasətindən əl çəkməli Azərbaycanın ərazilərindən çıxmalıdır”.

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan mənasız müzakirələrin davam etdirilməsi fikirndə  deyil. Artıq Qarabağ münaqişəsinin sürətlə həll edilməsi üçn ciddi və qətiyyətli təşəbbüslərin vaxtı gəlib çatıb.