XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 11:58

“Mən bunu deməyə utanıram, ancaq acgöz məmurlar…” – Saakaşvili
Mixail Saakaşvili Rusiyanın Odessa üçün “Bessarabiya” layihəsinin olduğunu deyib.
Strateq.az Avropa.info-ya istinadən xəbər verir ki, yeni Odessa qubernatoru bu haqda açıqlamanı İCTV kanalına verib. Plan Rusiyanın bu ərazidə nüfuzunu artırmağı nəzərdə tutur. Saakaşvilinin dediyinə görə, Odessa vilayətinin böyük hissəsi Rusiya kanallarına baxır:
“Mən bunu deməyə utanıram. Ancaq Ukrayna Bessarabiyasını Vladimir Putin daha çox düşünüb, nəinki bizim öz hökumətimiz”.
Sabiq Gürcüstan prezidentinə görə, Bessarabiya Ukraynanı Rumıniyaya, oradan da Avropa Birliyinə birləşdirən strateji yoldur. İndi Bessarabiya izolyasiya olunmuş şəkildədir. Onların Ukrayna dövləti ilə əlaqəsi yalnız acgöz məmurlar və heç kəsin təmir etmədiyi yollarla kəsişir.
Qeyd edək ki, Qara dəniz ilə Dunay, Dnestr və Prut çayları arasında qalan ərazi tarixi Bessarabiya sayılır. Ukrayna və Moldovanın tərkibinə daxildir.