XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 10:32

Prezident İlham Əliyev Putinə başsağlığı verdi:"Uşaqların həlak olması məni dərindən kədərləndirdi"

ilham-tedddi

Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə Kareliyada baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Prezident yazıb:

“Hörmətli Vladimir Vladimiroviç, 

Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.