XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 13:08

Silahlı Qüvvələrimiz NATO-ya bağlı bir neçə tədbirdə iştirak edir –Nazirlik açıqladı

mudafie-n-1

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri NATO-yla bağlı bir neçə tədbirdə iştirak edirlər.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verillib.

Məlumatda qeyd olunur ki, hərbçilərimiz iyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya Respublikası) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursu və NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kurs, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa Respublikası) NATO-nun "MAREVAL" kursunda zabit-təlimatçı qismində iştirak, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya Federativ Respublikası) Vyana-11 sənədi üzrə beynəlxalq kurs, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kurslarınnda təmsil olunacaqlar.