XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 12:51

Azərbaycan Ermənistanın qatıldığı hərbi təlimdə iştirakdan imtina edib

asuluk.jpg

Azərbaycan MDB ölkələrinin silahlı qüvvələrinin 7-25 sentybar 2015-ci tarixində keçiriləcək “Döyüş Birliyi-2015” adlı hərbi təlimində iştirak etməyəcək.

Strateq.az bildirir ki, təlimdə işitrak edəcək ölkələrin siyahısında Azərbaycanın adı yoxdur.

Kosmik-hava müdafiəsi qoşunlarının komandanı Aleksey Qolovkonun açıqlamasına görə, Rusiya cənub sərhədlərindəki ordusunun gücləndirilməsində maraqlıdır və bu hərbi təlimlərdə işitrak edir. Təlimdə əsas hədəf terrorçuluqla mübarizədir. “Mövzu MDB üzvü olan ölkələrinin hərbi münaqişələr və antiterror tədbirləri zamanı aviasiya və ordunun hazırlanması və tətbiqidir”-deyə Qolovko qeyd edib.

Belarus, Qazaxstan, Qırğızstan, Rusiya, Tacikstan, Ermənistan təlimlərdə iştirak barədə razılıq veriblər. MDB ölkələri Müdafiə nazirləri Şurasının katibi Aleksandr Sinayski isə bəyan edib ki, MDB-nin briləşmiş hava hucumundan müdafiə sistemi “istənilən istiqamətdən gələn təhlükəni dəf etməyə hazırdır”.

Hərbi təlimlər Həşətrxanda, “Aşuluk” poliqonunda keçirləcək.

Qeyd edək ki, aprel ayında Moskvada MDB müdafiə nazirlərinin görüşündə bu hərbi təlim barədə müzakirə aparılıb. Azərbaycanın müdafiə naziri Zakir Həsənov həmin iclasda iştirak edib.

X. SƏFƏRLİ