XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 15:20

Avropa İttifaqından “Peterburq sammiti”nə dəstək:“Sülh üçün bütün səyləri dəstəkləyirik”

malena

 

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət addımdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

M.Mard vurğulayıb ki, Aİ münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyir: “Avropa İttifaqı olaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu görüş, əlbəttə ki, münaqişənin həlli istiqamətində müsbət bir addımdır”.

O qeyd edib ki, münaqişənin hərtərəfli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun qurulması vacibdir, çünki status-kvo qəbuledilməzdir.