XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 16:33

Sərkisyan Putinlə görüşdü:“İstəyirik Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”

putin serj

Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.

“RİA Novosti”nin verdiyi məlumata görə, görüşdə Ermənistan prezidenti Sərkisyan  bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq.

“İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”, – deyə o vurğlayıb.

S. Sarkisyan təəssüflə qeyd edib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur: “Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı”.

Öz növbəsində Putin bütün bu məsələləri müzakirə etməyə razılıq verib.