XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 İyun 2015 - 14:12

Azadlıq Radiosundan TƏKZİB: “İrəli sürülən iddialar ağ yalandır”

azadliq radio.jpg

“Azərbaycan hökumətinin jurnalistlərimizi gözdən salmaq üçün təşkil elədiyi son cəhdlər bizim üçün sürpriz olmadı. Son təxribat, jurnalistimiz Xədicə İsmayılın həbsi kimi, Azərbaycandakı azad səsləri susdurmaq üçün aparılan kampaniyanın tərkib hissəsidir”.

Strateq.az bildirir ki, “Azad Avropa/Azadlıq Radiosu” şirkətinin baş redaktoru Nenad Pejic Azərbaycandakı bəzi media orqanlarında AzadlıqRadiosunun keçmiş və indiki rəhbərliyi haqda yayılan məlumatları təxribat kimi qiymətləndirib.

Nenad Pejic əlavə edib: “AzadlıqRadiosunun əməkdaşı Kənan Əliyev bizim ən istedadlı jurnalistlərimizdəndir və ona qarşı irəli sürülən iddialar ağ yalandır.”

Yayılan məlumatlarda Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti və Xədicə İsmayılın fəaliyyəti ilə bağlı guya hansısa daxili yoxlamalar aparıldığı və nəticədə Azərbaycan xidmətinin rəhbərinin vəzifədən uzaqlaşdırıldığı iddia olunurdu.

Kənan Əliyev özü təxribatla bağlı deyib ki, “mediadan xəbərdar olanlar gözəl bilirlər ki, bir ilə yaxındır Radionun Rusiya və post-sovet məkanı üçün yeni başladığı televiziya layihəsinin İcraçı Direktoruyam və bu təyinat Xədicə İsmayılın həbsi və AzadlıqRadiosunun Bakı bürosuna hücumun başlanmasından çox öncə edilib. Ancaq paralel olaraq bu gün də Azərbaycan xidmətinin işlərinə yardım etməkdə davam edirəm. Ortalığa atılmış təxribatın arxasında kimlərin dayandığı və məqsədləri aydındır. Məqsəd Bakı bürosunun qanunsuz olaraq bağlanması və Xədicə İsmayılın həbsinə ictimaiyyətin gözündə haqq qazandırmağa çalışmaq üçün bizi ləkələməkdir”.

AzadlıqRadiosu daha sonra bəyan edir: “Artan təzyiqlərə baxmayaraq, Azərbaycanda fəaliyyətini 63 ildə olduğu kimi, yenə də missiyasına uyğun şəkildə, yüksək jurnalistika peşəkarlığı standartları ilə davam etdirir və bu cür təxribatlarla bizi susdurmaq mümkün olmayacaq”.