XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 17:32

Ermənistanda yeni aksiyalar başladı – Video

Ermənistanın paytaxtı İrəvanda bu saatlarda yenidən irimiqyaslı etiraz aksiyası başlayıb. Təşkilatçı yenə də “Talana yox!” vətəndaş cəmiyyəti hərəkatıdır.

“Novosti Armenii” satının verdiyi xəbərə görə, aksiya iştirakçıları ölkədə elektrik enerjisinin qiymətini azaltmağı tələb edirlər.

Xatırladaq ki, dünən İrəvanda minlərlə insan elektrik enerjisinin bahalaşmasına qarşı nümayişdə iştirak edib. Etiraz aksiyası bu gün səhər saatlarında polis tərəfindən zor gücünə dağıdılıb. 250-dək etirazçı saxlanılıb.

Bugünkü aksiyada iştirak edən etirazçıların əsas tələblərindən biri də son aksiyada həbs edilən fəalların azad olunmasıdır.