XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 21:11

ABŞ və Britaniya səfirlikləri ermənilərin aksiyasına reaksiya verdilər: “Narahatıq”

ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirlikləri İrəvanda etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsindən narahat olduqlarını bildiriblər.

APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirliklərinin bəyanatında deyilir.

“Söz və mitinq keçirmək azadlığı demokratiyanın əsas prinsiplərindən biridir və biz şadıq ki, tərəflər bu prinsiplərə hörmətlə yanaşaraq gərginliyin artmasına yol verməyiblər. Lakin biz aksiya dağıdılarkən qeyri proporsional gücdən istifadə olunmasından və polis bölmələrində zorakılığa yol verilməsindən narahatıq”,- deyə ABŞ səfirliyinin bəyanatında vurğulanıb.

Səfirlik həmçinin hakimiyyəti polisin gücdən istifadə hallarını tam və şəffaf araşdırmağa çağırıb.

Analoji bəyanatla Böyük Britaniya səfirliyi də çıxış edib.

“İrəvanda dinc aksiya iyunun 23-ü səhər saatlarında zorakılıqla yekunlaşıb. çoxlu sayda aksiya iştirakçısı və jurnalist saxlanılıb. çoxları düşünür ki, bunlar baş verməyə də bilərdi. Biz, əsasən, jurnalistlərə qarşı zor tətbiq edilmə, mülki geyimli şəxslərin aksiya iştirakçılarına qarşı gücdən istifadə faktlarından çox narahatıq”, – deyən Britaniya səfirliyi hökuməti dərhal müvafiq addımlar atmağa çağırıb.