XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 01:41

Elçibəyin diş həkimindən iki xatirə…
Bu gün Milli Azadlıq Hərəkatının lideri və eks – prezident Əbülfəz Elçibəyin doğum günüdür.
Moderator.az Böyük Bəyin ruhunun şad olması üçün belə bir əlamətdar gündə onunla bağlı hərəkat yoldaşlarının və ürək qızdırdığı sirdaşlarının çoxlarına bəlli olmayan xatirələrini oxucuların diqqətinə çatdırır. Sayt ilk olaraq, Bəyin diş həkiminin – “Borçalı” Cəmiyyətinin sədri, Elçibəyin ən yaxın dostlarından olmuş ixtisasca stomatoloq olan Zəlimxan Məmmədlinin iki xatirəsini təqdim edib:
“Mən bəyin diş həkimi olmuşam. İlk olaraq 1995-ci ildə Kələkidə bəyə stomatoloji xidmət göstərmişəm. Kəndin üst tərəfində Bəyin “taxta ev” deyilən istirahət məkanında əməliyyat aparmalı oldum. Bu əməliyyat 3-4 saat çəkdi. Ən sonda qayaların ətəyində açıq havada, gizlin yerdə öz hamamında mənim hamamlanmağımı təkid etməsi yadımdadır. Dedi “bəy, bu dağlar ağrı-acını alıb, ruh verəndir. Uzun yoldasan. Sənə halaldı.”
“Hamının bilmədiyi ikinci xatirə də ixtisasımla bağlıdır. Kələkidən Bakıya dönəndən sonra 1998-ci ildə işlədiyim Xətai rayonundakı 6 saylı poliklinikaya gəldi. Təbii ki, rayon bir-birinə dəymişdi. Kollektivimiz çox böyük ehtiramla qarşıladı Bəyi. Müalicənin sonuncu günü bəy loğman payını verməyi unutmadı. Əvvəl bir məşhur parker firmasının qızıl ucluqlu qələmini verib “bəy, bu sənə lazım olacaq, çox imzalar atacaqsan” dedi. Məmnunluqla qəbul etdim. Daha sonra universal funksiyalı bloknot verdi. Bunu da məmnunluqla götürdüm. Ən sonda 100 dollar pul çıxartdı. çox sərt reaksiya verdim. Dedim,”Bəy, məni niyə təhqir edirsiniz?” özünə məxsus bir tərzdə təbəssümlə “Bəy, bu, sənin pulun deyil, bu, loğmanın haqqıdır” – dedi. Daha sonra İslamdan, tarixdən nümunələr gətirərək məni inandırmağa çalışdı və buna nail oldu. 100 dolları mənə halal etdi. Həmin pul ən kritik, ümidsiz bir vəziyyətdə ailəmin əlindən tutdu. Ruhu şad olsun.”