XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 11:36

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinq başlayır –Rəsmi

mudafie-n-1

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sabah Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyindən xəbər verilib.

Bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər: "Ermənistan tərəfindən isə monitorinqin keçirilməsinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq nəzarət edəcəklər".