XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 12:13

Kərəm Həsənov vətəndaşları qəbul edəcək –Komitə sədrinin qəbul qrafiki açıqlandı

kerem

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 24 iyun 2016-cı il tarixində Siyəzən rayonunda vətəndaş qəbulu keçiriləcək. 

Strateq.az adıçəkilən komitəyə istinadən bildirir ki, qəbulda Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu Siyəzəndə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. 

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi: (02330) 4-27-15, (018) 65-2-01-71 (daxili 24)