XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 05:26

“WikiLeaks”: ABŞ Fransanın son üç prezidentini izləyib

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransanın son üç prezidenti barəsində kəşfiyyat fəaliyyəti aparıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qalmaqallı ifşalarla məşhurlaşan “WikiLeaks” portalı məlumat yayıb.

“WikiLeaks”-in əldə etdiyi məlumata əsasən, ABŞ xüsusi xidmət orqanları Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinləyib.

“Fransa xalqının bilməyə haqqı var ki, seçdiyi hökumət hesab etdiyi müttəfiqi tərəfindən düşməncəsinə izlənib. Biz bu məsələni işıqlandırmağa yardımçı olmuş Fransanın “Liberation” və “Mediapart” nəşrləri ilə əməkdaşlığımızla fəxr edirik. Fransalı oxucularımız yaxın günlərdə daha mühüm ifşalarla tanış olacaqlar” – deyə nəşr portalın təsisçisi Culian Assancın bəyanatını sitat gətirib.