XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 13:27

Azərbaycanın döyüş helikopterləri Türkiyədə keçirilən “İşık-2016” təlimində! –Rəsmi açıqlama

helikopter-yenni-azerbaycan

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “İşık-2016” beynəlxalq axtarış-xilasetmə təlimlərinə qatılıblar.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərindədir.

Qeyd edək ki, iyunun 20-dən 30-dək Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü bazasında keçiriləcək təlimə Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan, Rumıniya və Səudiyyə Ərəbistanından Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrindən bölmələr qatılacaq.

Təlimin məqsədi axtarış-xilasetmə əməliyyatları çərçivəsində komanda-kontrol müddətini sınaqdan keçirmək, inkişaf etdirmək, Döyüş Axtarış Xilasetmə bölmələrinin (təyyarə, komanda-kontrol təyyarəsi və helikopter pilotları) bacarıqlarını artırmaqdır.

Təlimə Belçika, Qatar, Keniya, Kosova, Livan, Makedoniya, Malayziya, Polşa, Sudan, Çili, Yunanıstan, Banqladeş, Sinqapurdan müşahidəçilər qatılacaq.