XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 15:20

İordaniyanın səfiri Şərqşünaslıq İnstitutunda olub –FOTO

gulcohre-sefir-iordaniya

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiti Nassar Habaşneh bu gün Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutdan Strateq.az-a verilın məlumata görə, səfir  Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü, f.ü.e.d., professor Gövhər Baxşəliyeva ilə görüşüb.

 G.Baxşəliyeva səfirə institutun tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva ərəb ədiblərinin yaradıcılığı ilə bağlı aparılan tədqiqatları xüsusi qeyd edib.

Ərəb ölkələrində baş verən hadisələrin Azərbaycan xalqı tərəfindən böyük ürək ağrısı ilə müşahidə edildiyini bildirən Gövhər xanım İordaniyanın bu hadisələrdən ağrısız ötüşməsinin aparılan düşünülmüş siyasətin bəhrəsi olduğunu qeyd edib.

İnstitutla tanışlıqdan məmnun olduğunu bildirən səfir bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Nassar Habaşneh bu görüşün qarşılıqlı əlaqələrin genişlənməsinin başlanğıcı olacağını söyləyərək, səmərəli əməkdaşlıq üçün üfüqlərin açıldığını qeyd edib.