ABŞ Dövlət katibi Con Kerri iyulda Ukraynaya səfər edəcək.
Bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş naziri Vladimir Qroysman söyləyib(Axar.az).
Qeyd edək ki, bir müddət öncə Qroysman ABŞ-a səfər edib. Səfər çərçivəsində o, ABŞ vitse-prezident Cozef Baydenlə görüşüb.