XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 06:13

Qaradağ rayonu prokuroru vəzifəsindən azad edilib

prokurorluq.jpg

Bakı şəhərinin Qaradağ rayonunun prokuroru Fəxrəddin Pənahov səlahiyyət müddətinin başa çatması münasibətilə vəzifəsindən azad olunub.

Trend-in əldə etdiyi məlumata görə, F.Pənahov Bakı şəhər Prokurorluğuna təyinat alıb.

Qeyd edək ki, F.Pənahov Qaradağ rayonunun prokuroru vəzifəsindən öncə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini – Kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb.