XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 17:40

“Həll olunmayan məsələlər də həllini tapacaq” –Prezident İlham Əliyev

ilham-adil-veli-nardaran

"Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yeniləşməsində çox əlamətdar bir gündür, daxili yolların təmiri başa çatıb”.

Bunu bu gün Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bir müddət əvvəl Nardaran sakinləri ona müraciət edib, qəsəbəyə dəvət ediblər: “Mən hesab etdim ki, əliboş gəlməyim, o vaxt gəlim ki, bu yollar hazır olsun. Bu gün də bu yollar açılır. Mən çox şadam ki, bu yollar gözəl görkəm alıb. Həm Maştağa-Bilgə yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub. Yollar genişlənib, köçürülmüş evlər üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işdə yerli qəsəbə sakinləri də iştirak ediblər. Azərbaycanın hər bir yeri, qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı sürtələ gedir, bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik, qaz, su təchizatı yaxşılaşır. Bu infrastruktur layihələrinin böyük əksəriyyəti icra edilib”.

Prezident bildirib ki, yol infrastrukturu kanalizasiya xətlərinin çəkilişi ilə uzlaşmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə də qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq”.