XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 19:25

Vasif Talıbov İsrailin ölkəmizdəki səfirini qəbul edib –FOTO

vasif-qebul

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Ali Məclisin sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək deyib ki, Azərbaycan-İsrail əlaqələri uğurla inkişaf etdirilir.

Ali Məclisin sədri səfirin Azərbaycan ilə İsrail arasında əlaqələrin davam etdirilməsinə göstərdiyi təşəbbüsü qeyd edib, qonağa diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Dan Stav göstərilən səmimi münasibətə görə minnətdarlıq edib, Naxçıvana səfərin və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını bildirib. Qarşılıqlı əməkdaşlıqdan danışan səfir Naxçıvanla turizm sahəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını qeyd edib.

Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanıb.