XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 21:56

Avro-2016: Almaniya və Polşa 1/8 finalda, Ukrayna yenə məğlub oldu –CƏDVƏL

avro-2016-cempionat

Bu gün "Avro-2016"da qrup mərhələsinin III turunun C qrupunda iki oyun artıq bitib.

Strateq.az xəbər verir ki, qrupun lideri Almaniya Şimali İrlandiya ilə qarşılaşıb və almanlar 1-0 hesablı qələbəylə 1/8 finala lider kimi yollanıblar. Qolu 30-cu dəqiqədə Mario Qomez vurub.

Qrupun digər oyununda isə qalibiyyət üzünə həsrət qalan Ukrayna Polşa ilə üz-üzə gəlib. Lakin son oyuunda da Ukrayna qalib gələ bilməyib. Polşa 54-cü dəqiqədə Blaşikovskinin qolu ilə qalib gələrək adını almanlardan sonra növbəti mərhələyə yazdırıb – 0:1.

Onu da qeyd edək ki, bu gün D qrupunda da iki oyun keçiriləcək. Bakı vaxtı ilə 23.00-da Türkiyə millisi bu gün son matçına çıxacaq. Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gələcək. "Ay ulduzlular" 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalıdır. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaq.

Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcək. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməlidir.

N Komandalar O Q H M T-F X
1 Almaniya 3 2 1 0 4-0 7
2 Polşa 3 2 1 0 2-0 7
3 Şimali İrlandiya 3 1 0 2 2-3 3
4 Ukrayna 3 0 0 3 0-5 0