XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 21:53

Tərtər və Füzulidə raket hissəsi vətank mərmisi aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 21-də bir fermaya, 3 əkin sahəsinə, 7 partlayış yerinə baxış keçiriblər. Nəticədə 2 partlamamış hərbi sursat aşkar olunaraq götürülüb. Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissəsi, Füzuli rayonunun Horadiz kəndində isə 125 millimetrlik bir tank mərmisi aşkar edilərək götürülüb. Gün ərzində 10 min 600 kvadratmetr ərazi minalardan təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 23 fermaya, əkin sahələrinə və şərab zavoduna baxış keçirilib. 1542 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.