XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 08:09

Ukraynalı nazirdən Yerevandakı aksiyaya ŞOK dəstək: “Azadlıq üçün vuruşun”

avakov.jpg

Ukraynanın daxili işlər naziri, erməniəsilli Arsen Avakov Yerevanda davam edən etiraz aksiyasının iştirakçılarına müraciət edib.

Strateq.az bildirir ki, nazir aksiya işitrakçılarına tam dəstək verib və ruhdan düşməməyə çağırıb. O nümunə olaraq Maydan hadisələrini xatırladıb:

“Elə gün olurdu bizi Kiyevdə döyüb bütün küçəboyu səpələyirdilər. Barrikadalarımızı dağıdırdılar… Elə an olurdu ki, hətta ümidimiz də qırılırdı. Gücsüzlükdən qəhər boğazımızı sıxırdı. Qış idi, qar yağırdı – Biz, 8 nəfər donmuş, döyülmüş halda Ukrayna bayrağı ilə Maydana qayıdırdıq”.

“Biz özümüzlə böyük həcmi olan ordu termosu gəzdirirdik. Bu, xüsusi təyinatlıların dağıtdığı barrikadadan çıxara bildiyimiz yeganə salamat əşya idi. Ayaqlarımız ağrıyırdı. Əllərimizi şaxta vurmuşdu. Biz isə bu ağır, 20 litlrik termosu Maydana daşıyırdıq. Simvol kimi. Azad olmağa cəhdimizin simvolu kimi. Heç bir qızıl qədəh həmin termosu əvəz edə bilməzdi. Biz ora çay daşmırdıq, biz düşərgəyə azadlıq suyunu gətirdik…”