XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 13:06

Azərbaycan Silahlı Qüvvələri təlimdə:döyüş atışlı mərhələ başladı

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq, iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

İyunun 22-də cəbhə boyu ərazilərdə təlimlərin növbəti – döyüş atışlı mərhələsi başlayıb.

Təlimdən əvvəl nazirliyin rəhbərliyi ilə birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüş keçirilib.

İyunun 24-dək davam edəcək təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri cəlb olunub.