XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 13:41

Bakıda “Yoqa həftəsi” başladı- Səfirliyin təşkilatçılığı ilə

2-ci Beynəlxalq Yoqa Günü münasibətilə Azərbaycandan olan bir sıra Yoqa ilə məşğul olan şəxslər və həvəskarlar dünən açıq havada,  Suraxanıda yerləşən tarixi kompleks  “Atəşgah”da Yoqa sessiyasına start verib.

İyunun 26-na kimi davam edəcək tədbir Hindistanın Bakıdakı səfirliyi,  Azərbaycanda yerləşən Yaşamaq İncəsənəti (Art of Living), Yoqa Şahi, Alaia Yoqa kimi Yoqa müəssisələri ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi və YARATın  dəstəyi ilə həyata keçirilir.

Tədbir, 26 iyunda, YARAT Müasir İncəsənət Məkanında Yoqa Şahi Studiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq Yoqa və mədəni tədbir ilə yekunlaşacaq. Bulvarda Yaşıl Kafe ətrafında Yoqa Şahi studiyası tərəfindən keçiriləcək açıq havada yoqa dərsləri və Yoqaya dair mühazirələrə əlavə olaraq tədbir , Hindistan musiqisi, rəqs ifaları və həmçinin Hind mətbəxini də əhatə edəcək.

Xatırladaq ki, Hindistandan başlanğıcını götürmüş Yoqa praktikasının məşhurluğu bütün dünyada artmaqdadır. O BMT-yə üzv dövlətlərin universal Yoqa müraciətini tanıyaraq 2014-cü ilin dekabrında Nyu Yorkda, BMT-nin Baş Assamblyeyasında 21 iyunu Beynəlxalq Yoqa Günü elan edən qətnaməni qəbul etməsi ilə tanındı.

21 iyun, 2-ci Beynəlxalq Yoqa Günü bütün dünyada çox təntənə ilə qeyd edilir. Hindistanda milyonlarla insan Yoqa Gününü qeyd edir. Dünən isə Hindistanın Baş Naziri Narendra Modi Çandıgarh şəhərində 30 min məktəbli və digər sakinlərlə birlikdə kütləvi Yoqa Sessiyasına rəhbərlik edib. Baş Nazir Modi insanları Yoqanı həyatlarının müntəzəm hissəsinə çevirməyə və Yoqa vasitəsilə daxili aləmləri və təbiəti birləşdirərək müasir həyatın stresindən xilas olmağa səsləyib. O deyiib ki, Yoqa dini praktika deyil və insanlar onu daha yaxşı psixi və fiziki sağlamlıq üçün heç bir dini mülahizə olmadan mənimsəməlidir. O həmçinin qeyd edib ki, Yoqa məşqi hər kəs üçün əlçatandır və varlı və kasıb arasında ayrıseçkilik etmədən ödənişsiz sağlamlıq təminatı verir.

Yoqa-2-16

 L.SƏMLA