XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 15:03

ABŞ Nümayəndələr Palatası Azərbaycana maliyyə yardımı ilə bağlıməsələyə baxacaq

barak-obama-1

İyunun 23-də ABŞ Nümayəndələr Palatası 2017-ci il üçün Azərbaycana, o cümlədən digər ölkələrə ediləcək xarici yardımla bağlı məsələyə baxacaq.

Strateq.az bildirir ki, Nümayəndələr Palatası xarici yardımla bağlı layihəni hazırladıqdan sonra sənədi ABŞ Konqresinə və Senata təqdim edəcək. Hələlik layihənin Senatda baxılacağı tarix bəlli deyil. Lakin iyulun ortalarında Konqresin hər iki palatasında bu layihəyə ilkin baxış olacaq.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın 2017-ci il üçün təqdim etdiyi büdcə layihəsində müxtəlif ölkələrə ediləcək xarici yardımın məbləği açıqlanıb. Büdcə layihəsində ABŞ prezidenti Azərbaycana 10 milyon 939 min dollar yardım etməyi təklif edib.

Ermənistan üçün isə bu rəqəm 22 milyon 412 min dollar nəzərdə tutulub.