XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 17:05

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək- Gəncədə

kemaleddin-qebul

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 24-də saat 11:00-da nazirliyin Gəncə Regional Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinləri, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacağı qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 23-də saat 09.00-da Gəncə Regional Mərkəzində (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 110) başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənədləri təqdim etməlidirlər. Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]