XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 17:30

AMEA-nın 4 institutuna direktor seçildi- Adlar

İyunun 22-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası olub.

AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda BTEB-in bölmənin Molekulyar Biologiya və Biotexnologiya, Zoologiya, Genetik Ehtiyatlar və Torpaqşünaslıq və Aqrokimya institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçirilib.

Seçkilərin nəticələrinə görə, gizli səsvermə yolu ilə akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutu, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutu, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə seçiliblər. (lent.az)