Bu gün daha iki qarşılaşma ilə “Avro-2016”nın qrup mərhələsinin oyunlarına yekun vurulub.
Strateq.az xəbər verir ki, E qrupunda İtaliya millisi İrlandiyanı sınağa çəkib və 0-1 hesabıyla məğlub olublar. Bu məğlubiyyət irlandları növbəti mərhələyə daşısa da, Türkiyə millisinin ən yaxşı 4-cü komanda kimi 1/8-ə çıxmaq şansının üzərindən xətt çəkib.
Belə ki, qrupun digər oyununda İsveç Belçikaya 0-1 məğlub olduğundan türklərin əla şansı yaranmışdı. Lakin qeyd etdiyimiz kimi, italyanların 85-ci dəqiqədə qol buraxması Türkiyə millilərinin ümidini puç elədi…