Türkiyə tələbələrinin 2013-cü ilin Gəzi Parkı hadisələri zamanı polis zorakılığı nəticəsində qətlə yetirilmiş yeniyetmə Berkin Elvanın xatirəsinə İstanbulda keçirdiyi aksiyada toqquşmalar yaşanıb.
Məlumata görə, bir qrup tələbə hökumət əleyhinə etirazların simvoluna çevrilmiş Gəzi Parkında icazəsiz aksiya keçirməyə çalışıb. özlərini anarxiyaçı adlandıran tələbələr əllərinə götürdükləri qırmızı boyaları parkın pilləkənlərinə töküb, “Berkin buradadır” yazılı plakat tutub. Etirazçılar ucadan şüarlar səsləndirincə hadisə yerinə gələn polis plakatı tələbələrin əlindən almağa çalışıb.
Tələbələrin müqavimət göstərməsilə tərəflər arasında qarşıdurma yaşanıb. Tələbələrdən bəziləri pilləkənlərdən yerə yıxılıb. Asayış keşikçiləri azı 8 etirazçını saxlayıb.
Məhz həmin ərazidə iki il əvvəl Bərkin Elvan adlı yeniyetmə polisin Okmeydanı rayonunda tələbələrin keçirdiyi aksiya zamanı onlara icazə verilmədiyi halda gözyaşardıcı qaz balonunun başına tuş gəlməsi nəticəsində ölümcül yaralanmış, bir müddət komada qaldıqdan sonra dünyasını dəyişmişdi.
çəkməköydəki aksiyada etirazçılar küçədə barrikada qurmağa çalışıb. Bəzi aksiya iştirakçıları yaxınlıqdakı litseyə daxil olmağa cəhd edərkən ara qarışıb.
Hadisə yerinə gələn çevik polis qüvvələri aksiyaya müdaxilə etməli olub. üzləri maskalı etirazçılar polisi daş atəşinə tutub, üzərlərinə fişənglər buraxıb. Polisin su şırnaqları və gözyaşardıcı qazla müdaxiləsindən sonra etirazçılar ərazidən uzaqlaşıb.
Oxşar toqquşmalar paytaxt Ankarada da qeydə alınıb.