XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 11:53

Nazir:“Bayrağı kimin tutacağı barədə prezident qərar verəcək”

azad-3

Rio Olimpiadasında Azərbaycan yığmasının bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.

 Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

O bildirib ki, bununla bağlı son qərarı Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev verəcək. Lakin ilk növbədə, Teymur Məmmədovun Braziliyada keçiriləcək olimpiadaya vəsiqə qazanması lazımdı: “Boksçumuz Teymur Məmmədovun Rio-2016-ya lisenziya qazanacağına ümid edirik. Biz çox istərdik ki, Olimpiadada bayraqdarımız Teymur olsun. Amma son qərarı Milli Olimpiya Komitəsinin prezidenti verəcək. Bizim təklifimiz Teymur olacaq”.

Qeyd edək ki, Teymur Məmmədov hazırda Bakıda keçirilən boks üzrə Dünya Olimpiya təsnifat turnirində iştirak edir. (APA)