XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 13:24

Nazir Azad Rəhimov:“Şikayət edəcəyik”

azad-rehim-1

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Azərbaycan ağırlıqqaldıranlarına tətbiq etdiyi cəzadan apellyasiya veriləcək.

 "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib. 

2016-cı il Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanılsa da, IWF Azərbaycanın 1 kişi, 1 qadın ağırlıqqaldıranını vəsiqədən məhrum edib. Nazir idmançılardan bəzilərinin cəzaları ilə razı olmadıqlarını və şikayət edəcəklərini söyləyib. A.Rəhimov hazırda son qərarla bağlı məktub gözlədiklərini deyib: "Biz vəkil vasitəsiləə başlamışıq. Hazırda Beynəlxalq Olimpiya Komitəsindən son qərarla bağlı məktub gözləyirik. Çox istərdik ki, yüksək nəticə göstərmiş ağırlıqqaldıranlarımız olimpiadada iştirak etsinlər". 

Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidəki iclasında qəbul olunan qərara əsasən, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə təmsil olunacaq.