XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 June 2015 - 12:37

ABŞ səfiri Avropa Oyunlarının Təşkilat Komitəsi ilə görüşüb –FOTO

sekuta oyunlar.jpg

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

Strateq.az bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfir Sekuta Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanlarin bir araya gətirilməsində oynadığı rolu barədə danışıb. Səfir Sekuta qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin bir- birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir. Biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik.

Səfir, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.