XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 17:43

Rusiya XİN:“Moskva Qarabağ danışıqlarının yeni formatı barədə fikirləşmir”

zaxarova

“Prezidentlərin Sankt-Peterburqda keçirilən görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupunun üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi".

"Report" xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu il iyunun 20-də Sankt-Peterburqda keçirdiyi görüşün yekunlarını şərh edərkən deyib.

O, bənzər formatın əvvəllər də həssas məsələlərin müzakirəsi zamanı istifadə edildiyini xatırladıb: "Buna görə də həmsədr ölkələrin nümayəndələri ilə sıx əlaqə saxlanılır. Onlar prezidentlərinin Sankt-Peterburqdakı görüşü barədə məlumatlandırılmışdı. Bu proses görüşdən xeyli əvvəl həyata keçirilmişdi".

M.Zaxarova tərəflərin açıq şəkildə belə görüşlərin keçirilməsinin tərəfdarı olduqlarını qeyd etdiklərini də vurğulayıb.