XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 21:32

Baş nazirin xanımından Buse Terim və Arda Turana təsəlli zəngi:"Təhqirlərə fikir verməyin!"

Binali-Yildirim-16-4

Baş nazir Binəli Yıldırımın xanımı Semiha Yıldırımın Türkiyə millisinin baş məşqçisi Fatih Terim AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra onun təhqir olunan qızı Buse Terimlə telefon danışığı olub.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Semiha Yıldırım Buse Terimə baş verən hadisəyə görə çox kədərləndiyini söyləyib.

O, 6 aylıq hamilə olan Terimə özünün və körpəsinin sağlığını düşünməli olduğunu, bu cür yazılara fikir verməməyi məsləhət görüb.

Baş nazirin xanımı həmçinin, Türkiyə-İspaniya matçında azarkeşlər tərəfindən dəfələrlə etirazla üzləşən Türkiyə millisinin kapitanı Arda Turanın anası Yüksəl Turanla da telefon vasitəsilə əlaqə saxlayaraq onu təsəlli edib.

Qafqazinfo.az