XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 İyun 2015 - 15:27

“Bakı-2015”-ə həsr edilən qızıl iPhone – FOTOLAR

iPhone bazasında lüks klass smartfon istehsalçısı olan zərgərlik brendi Caviar İlk Avropa Oyunlarına həsr olunmuş eksklüziv Caviar Olympia smartfon kolleksiyasını buraxıb.

Strateq.az Buro247.az-a istinadən xəbər verir ki, smartfonun qızıl korpusunda Azərbaycanın ən tanınan simvolları olan od, su, simurq quşu, xalça və narı birləşdirən Oyunların loqotipi həkk olunub.

Şərq naxışı ilə incə həkk smartfonun nəfis və cəlbedici dizaynını tamamlayır.

Yeni Caviar Olympia modeli özündə dünyada ən yaxşı smartfonun yüksək texnologiyalarını və nəfis zərgər işini birləşdirir.

Smartfon eksklüziv olaraq Caviar-ın Bakıdakı butikində təqdim olunur.