XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2015 - 17:17

“Bakı 2015”: Daha 10 medalçının adı məlum oldu
Bakı-2015 I Avropa Oyunlarının XIII günündə 10 dəst medalın sahibi bəlli olub. ANS PRESS-in məlumatına görə, dünən olduğu kimi, bu dəfə də iki idman növü üzrə yarışların mükafatçıları müəyyənləşib.
Bunlar qılıncoynatma və üzgüçülükdü. 10 dəst medalın isə 8-si üzgüçülükdə olub.
Azərbaycan millisi günü 1 medalla başa vurub. Belə ki, boksçumuz Tayfur Əliyev yarışları bürünc medalla bitirib. Yarımfinal görüşündə rusiyalı Bəxtovar Nazirovla qarşılaşan 18 yaşlı idmançımız məğlub olaraq, üçüncülüklə kifayətlənib.
Bu nəticədən sonra Azərbaycanın aktivindəki medalların sayı 40-a çatıb.
Qeyd edək ki, I Avropa Oyunlarında artıq ümumilikdə 173 dəst medal öz sahibini tapıb.
Qılıncoynatma
Kişilər
Şpaqa
1. İvan Trevexo (Fransa)
2. Sergey Xodos (Rusiya)
3. Daniel Jeren (Fransa)
3. Bartos Piaseçki (Norveç)
Qadınlar
Rapira
1. Alise Volpi (İtaliya)
2. Yana Alborova (Rusiya)
3. Adelina Zaqidullina (Rusiya)
3. Valentina Kipriani (İtaliya)
üzgüçülük
Qarışıq
4×100 metr sərbəst ötürmə
1. Rusiya
2. Böyük Britaniya
3. Almaniya
Kişilər
100 metr arxa üstə
1. Luk Qrinbank (Böyük Britaniya)
2. Filipp Şopin (Rusiya)
3. Marek Ulrix (Almaniya)
200 metr brass
1. Anton çupkov (Rusiya)
2. Kirill Mordaşev (Rusiya)
3. Luk Deyvis (Böyük Britaniya)
1500 metr sərbəst
1. Nikolas D`Oriano (Fransa)
2. Ernest Maksumov (Rusiya)
3. Mark Hinavi (İsrail)
Qadınlar
400 metr sərbəst
1. Arina Openişeva (Rusiya)
2. Leoni Kullmann (Almaniya)
3. Anastasiya Kirpiçnikova (Rusiya)
200 metr batterflyay
1. Yulia Mrozinski (Almaniya)
2. Elisa Vidal Skarpa (İtaliya)
3. Boqlarka Boneç (Macarıstan)
100 metr sərbəst
1. Marrit Stenbergen (Hollandiya)
2. Arina Openişeva (Rusiya)
3. Mariya Kameneva (Rusiya)
200 metr arxa üstə
1. Polina Yeqorova (Rusiya)
2. Maksin Uolters (Almaniya)
3. Marina Koleşnikova (Ukrayna)