XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 01:23

ABŞ əmin deyil: İranla razılaşma pozula bilər
İran nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirməsə, heç bir razılaşma əldə olunmayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

“Ola bilsin ki, İran Lozannada danışdığımız öhdəliklərini yerinə yetirməsin. Belə olan halda, heç razılaşmadan söhbət gedə bilməz”, – deyə Kerri jurnalistlərə bildirib.

ABŞ rəsmisi qeyd edib ki, iyunun 26-da Vyanada “5+1” formatlı görüşdə iştirak edəcək: “Biz bu məsələ ilə bağlı nə edə biləcəyimizi müzakirə edəcəyik”.

Xatırladaq ki, “5+1” formatlı görüşdə BMT-nin 5 daimi üzvü – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Rusiya, çin və Almaniya iştirak edəcək.