XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 12:44

Nazir 40-dək şikayətçini qəbul etdi, tapşırıq verdi –Qəbul

huseyn bagirov

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qax, Zaqatala, Balakən və Şəki rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Strateq.az adıçəkilən nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub. 

Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.