XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 05:29

Bakıda taksi sürücüsü özünü doğradı, sonra polisə şər atdı

Bakıda polis şilləsi alan sürücünün özünü doğraması xəbərinə Daxili İşlər Nazirliyi münasibət bildirib.

Milli.az iki gün əvvəl 20 Yanvar dairəsi ərazisində Bakıdan Sumqayıta sərnişin daşımaqla məşğul olan taksi və mikroavtobus sürücüsü arasında dava olması, yol polisi əməkdaşının taksi sürücüsünü vurması xəbərini yaymışdı.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayta açıqlamasında bildirib ki, dava “Azsamand” markalı taksi sürücüsü ilə mikroavtobusun sürücüsü arasında olub:” “Azsamand”ın sürücüsü Nəcməddin Əsgərov mikroavtobus sürücüsü Nemət Yusifovla bir-birinə yol verməmək üstündə mübahisə ediblər. N.Yusifov taksi sürücüsünə yaxınlaşaraq ona yol verməsini xahiş edib. N.Əsgərov isə onu təhqir edib və aralarında dava başlayıb. Nəcməddin yerdən daş götürərək Nemətin başına vurub, sonra isə öz damarlarını doğrayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib və dərhal hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib. Nəcməddin və başı partlayan Nemət xəstəxanaya gedib və həkimlər tərəfindən ona yardım edilib. Hazırda polis tərəfindən araşdırma aparılır”.

Nazirlik rəsmisi əlavə etdi ki, polis tərəfindən döyüldüyü deyilən N.Əsgərov 32 yaşı olmasına baxmayaraq, 4 dəfə məhkumluq həyatı yaşayıb.