XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 08:19

Britaniyada yeni referendum tələbi –"Brexit"ə qarşı olanlar hərəkətə keçdi

petisiya

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının əleyhdarları yeni referendumun keçirilməsini tələb edirlər.

Strateq.az APA-ya istinadən xəbər verir ki, Böyük Britaniya parlamentinin saytında yerləşdirilən petisiyada belə deyilir.

Yeni səsvermə keçirilməsinin təşəbbüskarları hesab edirlər ki, Brexit-ə “hə” və yaxud “yox” deyənlərin sayı 60%-dən, seçkilərdə səs verənlərin ümumi sayı 75%-dən azdırsa, bu halda daha bir referendumun keçirilməsi zəruridir.

Petisiyanı artıq 515 811 nəfər imzalayıb.

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52%-i Böyük Britaniyanın Aİ-dən çıxmasına, 48%-i isə İttifaqda qalmasının lehinə səs verib. Referendumda seçicilərin 71%-i iştirak edib.