XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 10:29

Bu gün növbəti buraxılışimtahanları keçirilir

TQDK

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Bu gün eyni zamanda, Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər.

İmtahanlarda ümumilikdə 55 min 908 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 31 min 254, XI sinif üzrə 24 min 654 şagird).

IX sinif şagirdləri üçün imtahan saat 10.00-da başlanıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15.00-da başlanacaq.

İmtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.