XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 13:36

İlham Əliyev hərbçilər üçün inşa edilmiş binada:orderlər təqdim edildi

ilham-zakir-cebhe-necmeddin

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verib.

Bildirilib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə prezidentin İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib.

Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub. Sonra hərbiçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.