XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 16:11

Daxili işlər naziri vətəndaşları qəbul etdi,tapşırıqlar verdi

ramil-usubov-tek

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onların polis fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlətimizin başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.