XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 17:26

“Avro-2016”:bu gün səkkizdəbir final mərhələsinin ilk oyunları olacaq

İyunun 25-də futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə start veriləcək.

İlk oyun günündə üç qarşılaşma keçiriləcək. 

Birinci oyunda “A” qrupunun ikincisi olan İsveçrə millisi “C” qrupunda eyni pilləni tutan Polşa ilə üz-üzə gələcək.

İkinci oyunda isə “B” qrupunun lideri olan Uels yığması Avropanın ən güclü səkkiz komanda sırasına daxil olmaq üçün “C “qrupunun üçüncüsü Şimali İrlandiya səddini keçməlidir.

Günün sonuncu oyununda isə Xorvatiya və Portuqaliya yığmaları üz-üzə gələcək. Xorvatiya “D” qrupunu birinci, Portuqaliya isə “F” qrupunu üçüncü pillədə başa vurub(azərtac).