XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 18:37

Boksçularımıztarix yazdı

Azərbaycanın boks yığması tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq.

Trend-in məlumatına görə, Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Belə ki, turnirin finalında türkmənistanlı rəqibinin döyüşə çıxmaqdan imtina etməsi ilə boksçumuz yığmamıza növbəti olimpiya vəsiqəsi qazandırıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan yığması tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.