XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 22:32

Prezident İlham Əliyev:“Ermənistan danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb”

ilham herbi

 

“Aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri, təbii ki, qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz.

Bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşdə bildirib.

Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub.

Vyana görüşünün Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirildiyini qeyd edən Prezident bu görüşün müsbət nəticələrinin olduğunu, Ermənistan tərəfinin qoyduğu şərtlərin qəbul edilmədiyini, Azərbaycan tərəfinin hər hansı bir sənədə imza atmadığını diqqətə çatdırıb.

Sankt-Peterburq görüşünə toxunan Prezident İlham Əliyev bu görüşün müsbət nəticələrinin olduğunu vurğulayaraq deyib: “Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcəkdir. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır”.