XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 22:56

Prezident:“Ordumuz apreldə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib"

İlham-Eliyev-ordu-4

 

“Aprel döyüşləri sübut etdi ki, Azərbaycanla hesablaşmaq lazımdır”.

Bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.  

Dövlət başçısı deyib ki, Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, hərbi sahədə də artıq biz böyük nailiyyətlərə çata bilmişik: “Bu proses daim aparılacaq, döyüş qabilyyəti daim təkmilləşməlidir. Azərbaycan bundan sonra da qarşıda duran vəzifələri icra edəcək. Biz müharibə şəraitində yaşayırıq və hərbi sahəyə də böyük diqqət göstərilir. Bu, bizim gündəlik işimizdə əsas məsələdir və dövlət büdcəmizdə də bu siyasət öz əksini tapır”. (APA)

Prezident İlham Əliyev bildirib ki, uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır: “Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları, prinsipləri Ermənistan tərəfindən kobudcasına pozulur. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr icra edilmir, kağız üzərində qalır. Beynəlxalq hüquq əslində işləmir. Belə olan halda biz hərbi gücümüzü daha da artırmalıyıq. Bununla bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik”.


Dövlət başçısı qeyd edib ki, aprel ayında Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün Azərbaycana  qarşı silahlı təxribata əl atıb, mövqelərimiz atəş altına düşüb: “Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi. Erməni təxribatı nəticəsində 6 mülki şəxs həlak oldu. Hərbçilərimiz həlak oldu, yaralı hərbçilərimiz oldu. Təbii olaraq Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, AğdərəFüzuliCəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıb. Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələlərlə məşğul olanlara cidldi siqnal olacaq. Çünki Ermənistanın istəyi bu proses  sonsuz proses kimi görmək, status-kvonu saxlamaqdır. Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilər tərəfindən təzyiqlər artır, müxtəlif təxribatlara əl atırlar. 2014-cü ilin noyabrında da bizə qarşı silahlı təxribat törətmişdilər. Biz layiqli cavab verəndən sonra Ermənistan bundan istifadə edərək, bəhanə gətirərək demək olar ki, danışıqları dondurmuşdu.  2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıqlar aparılmırdı.  2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilər tərəfindən siyasi təzyiq artır, yeni silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər. Münaqişə tezliklə həll olunmalı, məsələ beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllini tapmalıdır”.